!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftçala şəhidini qarşılayır – FOTOLAR

!Reklam – Yazi

12919252_1088176597942718_164016668_n.png-414x320Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun giziri Səlimov Elimdar Səlimxan oğlu da qəhrəmancasına həlak olub.

Səlimov Elimdar Səlimxan oğlu 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Şəhidin nəşinin bu saatlarda doğma kəndinə gətiriləcəyi gözlənilir.

Uluyol.info-nun əməkdaşı hazırda Neftçala rayonu Aşağı Qaramanlı kəndindədir.Kənddə şəhidin nəşin gözləyən 100-lərlə insan var.Qonşu rayonlardan gələn maşın karvanı görünməkdədir.
Artıq Neftçala RİH-nin başçısı İsmayıl Vəliyev başda olmaqla rayon rəsmiləri və kənd sakinləri şəhidin evinə toplaşmaqdadır.
Dəfn mərasimi sabah saat 13:00-da Aşağı Qaramanlı kənd qəbiristanlığında olacaq.

www.yenicag.az

1079
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv