Neftçalada 28 yaşlı gənc intihar edib

Neftçalada intihar hadisəsi baş verib.

Yeniçağ.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qədimkənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elsevər Soltanəziz oğlu özünü yaşadığı evin həyətində asıb. İyirmi səkkiz yaşlı sakinin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.