Neftçalada 29 yaşlı gənc güllələndi

Neftçala sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Astanlı kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının dediyinə görə, o, Məhəbbət adlı şəxs tərəfindən güllələnib.

Faktla bağlı araşdırma aparılır./Report/