Neftçalada bazarda 64 yaşlı kişi meyiti tapıldı

Neftçalada bazarda meyit tapılıb.

Yenicag.az xəbər verir ki, Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Əliyev Hafiz Kamil oğlunun meyiti rayonun “Köhnə bazar” adlanan ərazisindəki istifadəsiz anbarda aşkarlanıb.

Meyitin üzərində xəsarət işləri aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar aparılır.