Neftçalada gənc ailə qəzaya düşüb: bir nəfər ölüb

Neftçala rayonunun Aşağı Surra kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Aşağı Surra kənd sakini, 1991-ci il təvəllüdlü Sirus Xəyal Ağahüseyn oğlunun idarə etdiyi “Priora” markalı avtomaşın “Mercedes” markalı avtomobillə toqquşub. Sürücü və həyat yoldaşı 1996-cı il təvəllüdlü Kərimova Nuranə Vahid qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq X.Sirusun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.