Neftçalada maşın alışdı

Neftçala rayonunda yanğın qeydə alınıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, rayonda “Daewoo” markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrikinin yanar hissələri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.