Neftçalada məktəb binasında YANĞIN

Neftçala rayonunda məktəb binasında yanğın olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun Cəngan kəndində ümumi sahəsi 2 400 kvadratmetr (hər mərtəbəsi 1 200 kvadratmetr) olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 12 kvadratmetr olan köməkçi otağa yığılan masa, oturacaqlar, 6 ədəd kompüter və dam örtüyünün taxta atmaları 2 kvadratmetr sahədə yanıb.

Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

COP29