Neftçalada motosiklet traktorla toqquşdu – Ölən var

Neftçalada ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qaralı kəndində qeydə alınıb. Yuxarı Qaramanlı kənd sakini Soltan Soltanov kənd ərazisində idarə etdiyi motosikletlə hərəkətdə olarkən traktorla toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.