Neftçala rayonunda 36 yaşlı qadını elektrik cərəyanı vurub.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Belə ki, Neftçala şəhər sakini, 1983-cü il təvəllüdlü Ruhiyyə Arif qızı Abışovanı elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır./Report/