Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Neftçalada qanunsuz silah saxlayan şəxslər tutulub

Neftçalada qanunsuz saxlanılan silah aşkar edilərək götürülüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Neftçala rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Həsənəbad qəsəbəsinin sakini, 1969-cu il təvəllüdlü Ağayev Çingiz Bəhmən oğlu və Kürqarabucaq kənd sakini, 1960-cı il təvəllüdlü Mustafayev Absalam Əvəz oğlu şübhəli şəxs qismində saxlanılıb.

Çingiz Ağayevin evinə baxış keçirilən zaman məişət əşyaları yığılmış otağın divarına söykənilmiş 1 ədəd qəhvəyi rəngli taxta qundağı olan, təklüləli, 5,6 mm kalibrli, 1957-ci il buraxılışlı, yivli odlu silah olan “TOZ” markalı silaha oxşar tüfəng aşkar edilərək götürülüb.

Absalam Mustafayevin yaşadığı evdən də qanunsuz saxladığı, 1957-ci il buraxılışlı, “TOZ-8” markalı odlu silah götürülüb.

Hər iki faktla bağı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.

www.yenicag.az

1300
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM