Neftçalada qatar yük maşınını vurdu, ölən var

Neftçalada qatar yük avtomobili ilə toqquşub.

Yenicag.az-ın məlumatına görə, hadisə Neftçalanın Qaçaqkənd kəndində baş verib. Tənzimlənməyən dəmir yolunda qatar “Shagman” markalı avtomobili vurub. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.