Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
Daxili İşlər Naziriyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, hələ də xüsusui karantin rejiminin tələblərinə riayət etməyənlərə rast gəlinir.
Belə ki, Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 17 nəfər polis şöbəsinə gətirilib. Onlardan 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub, 4 nəfərə isə xəbərdarlıq edilib.