Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neftçalanın nüfuzlu ruhanisi və onun xeyriyyəçi oğlu vəfat edib - Sabir Rüstəmxanlıdan BAŞSAĞLIĞI

“Yüksək ziyalı keyfiyyətlərinə malik belə insanların dünyasını dəyişməsi millətimiz üçün böyük itkidir”.

Yenicag.az xəbər verir ki, Neftçalanın nüfuzlu ruhanisi, rayonun tanınmış ziyalılarından olan Böyükağa Ağayev və onun oğlu, Ağaşı Qaramanlı bələdiyyəsinin keçmiş sədri, xeyriyyəçi Mirbəşir Ağayev aralarında bir gün fasilə olmaqla vəfat ediblər.

Məlumata görə, oğlunun ölümünə tab gətirməyən Böyükağa Ağayev bundan bir gün sonra haqq dünyasına köçüb.

Xalq şairi, Neftçaladan seçilmiş millət vəkili Sabir Rüstəmxanlı vəfat edən ruhani Böyükağa Ağayev və xeyriyyəçi Mirbəşir Ağayevin vəfatı münasibəıtilə başsağlığı verib:

“Nüfuzlu ruhani və ziyalı olan Böyükağa Ağayev və onun oğlu, tanınmış xeyriyyəçi Mirbəşir Ağayevin vəfatı məni dərindən kədərləndirdi.

Böyükağa Ağayev kimi insan bir rayon üçün yox, bütün xalqımız üçün yeri doldurulmayacaq bir itki, əvəzsiz ziyalı idi.

Mirbəşir Ağayev də rayon miqyasında ehtiyacı olanlara təmənnasız əl tutan, imkanı çərçivəsində hər kəsə yardım etməyə çalışan xeyriyyəçi kimi hörmət qazanmışdı.

Mən seçki kampaniyası dövründə Böyükağa Ağayevin evində qonaq olmuş, onun vətənpərvərliyinə, ziyalılığına, xalqımız üçün necə faydalı olmağa çalışdığına şahidlik etmişdim.

Həm Böyükağa Ağayevin, həm də onun oğlu Mirbəşir Ağayevin vəfatı həqiqətən, böyük itkidir.

Allah rəhmət eləsin!”

www.yenicag.az

415