!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” 9 qat Azərbaycan çempionu oldu

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu – XXVIII turunun 3 oyunu baş tutub.

Yenicag.az xəbər verir ki, səfərdə “Səbail”i minimal hesabla məğlub edən “Sumqayıt” xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. “Sumqayıt” 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

“Zirə” isə səfərdə “Sabah”a 1:2 hesabı ilə uduzub. Bu nəticə ilə 38 xalda qalan “Zirə” 4-cü olub. “Sabah” isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub.

Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə “Qəbələ”yə 3:1 hesabı ilə qalib gələn “Keşlə” sonuncu pillədən xilas olub. “Səbail” mövsümü son sırada başa vurub.

Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq. “Dalğa Arena”dakı görüş çempionun adına aydınlıq gətirəcək.

***

Mövsümün son matçı başladı. Bu görüşdə “Qarabağ”a bərabərlik sərf edirsə, “Neftçi” mütləq matçdan qalib ayrılmalıdır ki, çempionluğu təmin etsin.

***

“Neftçi”nin hücumçusu Əhməd Əhmədov matçın 91-ci dəqiqəsində hesabı açdı: 1-0.

***

“Neftçi” “Qarabağ”a 1-0 qalib gələrək xallarının sayını 59-a çatdırdı və liderliyə yüksəlməklə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün çempionu oldu.

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv