“Neftçi” “Arsenalı” darmadağın etdi

“Neftçi” komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, paytaxt təmsilçisi buna II raundun Bakıda baş tutan cavab oyununda Rusiya “Arsenal”nı 3:0 hesabı ilə məğlub etməklə nail olub. “Ağ-qaralar” 49-cu dəqiqədə Rauf Əliyevin vurduğu qolla önə keçiblər. 89-cu dəqiqədə Dario Frederiko penaltini dəqiq yerinə yetirib. Bundan 4 dəqiqə sonra isə Mamadu Mboc son nöqtəni qoyub.

Beləliklə, Tulada baş tutan ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə üstələyən bakılılar yola davam ediblər.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq./Report/