“Neftçi” Avropa Liqasında “Arsenal”ı səfərdə məğlub etdi

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları davam edir.

Yenicag.az xəbər verir ki, Topaz Premyer Liqasının gümüş mükafatçısı “Neftçi” klubu Rusiya “Arsenal”ı ilə üz-üzə gəlib.

İlk mərhələdə Moldova təmsilçisi “Speranta”nı darmadağın edən (3:0, 6:0) Roberto Bordinin yetirmələri Tula təmsilçisi ilə ilk qarşılaşmanı səfərdə keçirib.

Bakılılar evdə çətinliklə üzləşməmək üçün səfərdə qənaətbəxş nəticəyə imza atıblar. “Ağ-qaralar” rəqiblərini 1:0 hesabı ilə məğlub ediblər.

Görüşdə yeganə qolu 45-ci dəqiqəsində Dario Frederiko vurub. Bu qoldan sonra təzyiqi artıran Bakı təmsilçisi bir neçə epizodda fərqlənməyə yaxın olsa da, hesab dəyişməyib. “Arsenal” da təhlükəli epizodlarla diqqət çəkib. Lakin qapıçımız Səlahət Ağayevin inamlı çıxışı rəqibin fərqlənməsinə imkan verməyib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 1-də Bakıda olacaq.

Avropa Liqası

II təsnifat mərhələsi

İlk oyun

25 iyul

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi” – 0:1

QOL: Frederiko, 45

Baş hakim: Enea Yorqyi

“Arsenal”: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandru Tudorie

Ehtiyat oyunçular: 1. Artur Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Acoyev, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov, 71. Aleksandr Denisov.

Baş məşqçi: İqor Çerevçenko

“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj,

7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə

Baş məşqçi: Roberto Bordin/APA/