“Neftçi” azarkeşi söhbətə çağıran futbolçunu cəzalandırdı

“Neftçi”nin futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.

Klubdan Yenicag.az-a verilən məlumata görə, o, həmçinin komandanın kodeksinə uyğun olaraq cərimələnib.

Buna səbəb Elnur Cəfərovun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidir.