!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi" "Bakcell"də günah keçisini otaracaq?

!Reklam – Yazi

Azərbaycan futbolunu Kəramət Böyükçöl düşüncəsi ilə idarə edənlər yeni qərar aşamasındadırlar. Yuxuları ərşə çəkilənlərin qalstuku qapı arasında qalıb. Centlimenlik və  mənlik yaddan çıxıb.

Söhbət Premyer Liqanın sonuncu turunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçının baş tutacağı məkanla bağlı müzakirələrdən gedir. Əslində, burada müzakirə ediləcək heç nə yoxdur. “Quran”da yazılmasa da, PFL-in kitab-dəftərində qeyd olunub ki, matç “Bakcell Arena”da – “Neftçi”nin meydanında baş tutmalıdır.

Amma çempion olmaq şansını öz günahları ucbatından itirən Bakı klubunun rəhbərliyi millətimizə xas olan qonaqpərvərlikə bağlı düşüncələri tamamən alt-üst edir. Qonaq gələn “Qarabağ”a deyirlər ki, “atam evdə yoxdur”…

Niyə? Çünki klub prezidenti Kamran Quliyev 2014-cü ildən bu yana heç kimə aman verməyən “Qarabağ”ın “Neftçi”nin meydanında kubok qaldırmasını istəmir. Absurd fikirdir! Sən dünya futbolunda görünməmiş olaya imza atıb, mövsümün ortasında “Sumqayıt”ın prezidentliyindən çıxıb, “Neftçi”nin rəhbər postuna gələ bilirsən, “Qarabağ” haqq etdiyini edə bilmir? Bu nəyin kini, nəyin küdurətidir? Niyə rəqibi öz meydanınızda yox, “Dalğa Arena”da qəbul etmək üçün əl-ayağa düşmüsüz?

İddia edirlər ki, klub təhlükəsizliyi təmin edə bilməz! Bu sadəcə, cəfəngiyyatdır, yalandır! Görünən odur ki, belə düşünənlərin ölkədən xəbərləri yoxdur! Hər halda Bakıda keçirilən Avropa Oyunları, İslam Oyunları, “Formula-1” kimi yarışlarda təhlükəsizliyin yüksək səviyyətə təmin olunduğunu unudurlar. Və nəhayətində unudublar ki, Avropa Liqasının finalı da məhz Bakıda baş tutacaq. Və həmin matçın da təhlükəsizliyinə tam “qarantiya” verilib.

Bu, həm də “Neftçi” rəhbərliyinin hüquq-mühafizə orqanlarına qarşı sabotajıdır. Onların gücünə inamsızlığıdır.

Ümumiyyətlə, bu belə bir niyyətlə qapı-qapı dolaşmağın özü də rəzalətdən başqa bir şey deyil. Tutaq ki, çempionluğun taleyi son matça qalacaqdı. Yaxşı, tutaq ki, “Qarabağ” da həmin matçda “Neftçi”yə qalib gələrək çempionluğu bayram edəcəkdi. Bəs, onda nə olacaqdı? Deyəcəkdilər ki, siz gedin evə, biz sizə kuboku taksi ilə göndərəcəyik?

Hər halda bu gülünc niyyətin həyata keçməcəyinə inanıram. Çünki çempionata rəng qatan, futbola inkişaf etdirən məhz bu kimi məqamlardır, intirqalardır. Yox, buna da absurd qərarlarınızla qarşı çıxacaqsınızsa, Azərbaycan futbolunun inkişafının, azarkeşlərin stadiona gələcəyi ilə bağlı fikirlərinizin üstündən Kamran Quliyev boyda xətt çəkin.

Hər halda mən “Neftçi” rəhbərliyini də anlayıram. Deyəsən, matçı “Dalğa Arena”ya keçirib,”Bakcell”də günah keçirlərini otarmaq istəyirlər…

Emin Səfərov

www.yenicag.az

1577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv