“Neftçi” braziliyalı futbolçu ilə vidalaşdı

“Neftçi” yarımmüdafiəçi Gilyerme Pato ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Yenicag.az xəbər verir ki, paytaxt klubu braziliyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.