“Neftçi” “Dalğa”da “boğuldu” – VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

Yenicag.az xəbər verir ki, günün ilk oyunu “Dalğa Arena”da baş tutub.

Debütant “Səbail” “Neftçi”ni qəbul edib. Mərdəkanda keçirilən qarşılaşmanın taleyini isə bir qol həll edib. Matçın 90-cı dəqiqəsində Elman Taqayevin vurduğu qol “Səbail”ə 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, “Neftçi” ötən turu da məğlubiyyətlə başa vurmuşdu. Elxan Abdullayevin komandası “Qarabağ” qarşısında aciz qalmışdı – 1:3.

Yenicag.az