!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çempionlar Liqası: "Neftçi"  “Dinamo”ya qalib gəldi - YENİLƏNİB

!Reklam – Yazi

“Neftçi” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qitənin ən nüfuzlu klub turnirində yubiley – 20-ci oyununa çıxan meydan sahibləri matça fəal başlayıblar. Paytaxt təmsilçisi 24-cü dəqiqədə qola yaxın olsa da, Yusuf Lavalın sol cinahdan ötürməsinə Sezar Meza Kolli toxuna bilməyib. Qonaqların buna cavabı daha təhlükəli alınıb. Cinah ötürülən topu Giorgi Qabedava başla qapıya göndərsə də, Aqil Məmmədov rəqib hücumçunun fərqlənməsinə imkan verməyib. 44-cü dəqiqədə Qabedava növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə onun zərbəsində azacıq dəqiqlik çatmayıb. Birinci hissə qolsuz bərabərliklə yekunlaşıb.

İkinci yarının startında “Neftçi”nin heyətində Mamadu Mboc kobud səhvə yol verib. Amma Gürcüstan təmsilçisi oyunçunun bu “hədiyyə”sindən istifadə edə bilməyib. Buna baxmayaraq, 51-ci dəqiqədə “Dinamo” Milan Radinin qolu ilə hesabı açıb. Lakin qonaqların sevinci cəmi 7 dəqiqə çəkib. Cərimə meydançasında Meza Kolliyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini kapitan Emin Mahmudov dəqiq yerinə yetirib. Hesabı bərabərləşdirdikdən sonra hücuma daha inamla atılan “ağ-qaralar” 68-ci dəqiqədə 2-ci topu vurublar. İlk oyunda rəqib qapısına yol tapan Namik Ələskərov cavab matçında da adını tabloya yazdırıb. Oyunun sonlarına doğru “Dinamo” hesabı bərabərləşdirsə də, yan xətt hakimi ofsayd qeydə alıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane topu boş qapıdan çıxarıb.

Beləliklə, evdə əzmkar qələbə qazanan “Neftçi” II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan “Olimpiakos”u olacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. “Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

***

22:26

“Neftçi” və Gürcüstanın “Dinamo” (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 3-cü qol vurulub.

Yenicag.az xəbər verir ki, 68-ci dəqiqədə “ağ-qaralar”ın heyətində Namik Ələskərov fərqlənib – 2:1.

***

22:14

“Neftçi” və Gürcüstanın “Dinamo” (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab bərabərləşib.

Yenicag.az xəbər verir ki, 58-ci dəqiqədə “ağ-qaralar”ın kapitanı Emin Mahmudov penaltidən fərqlənərək, tarazlığı bərpa edib – 1:1.

***

22:07

“Neftçi” və Gürcüstanın “Dinamo” (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Yenicag.az xəbər verir ki, 51-ci dəqiqədə Milan Radin Tbilisi təmsilçisini önə keçirib.

***

21:00

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”-“Dinamo” (Tbilisi) oyunu başlayıb.

Millitribuna.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşdə “Neftçi”nin start heyətində Aqil Mammadov, Mamadu Mboc, Voislav Stankoviç, Namik Ələskərov, Emin Mahmudov (k), Sezar Meza Kolli, Mert Çelik, Yusuf Laval, Ömər Buludov, Sabir Buqrin və Mamadu Kane yer alıblar.

Gürcüstan təmsilçisinin heyətində isə Roin Kvasxvadze, Bakar Kardava, Milan Radin, Giorgi Qabedava, Levan Xarabadze, Giorgi Papava (k), Simon Qbeqnon, Giorgi Kutsiya, Fabian Sporkslede, Zoran Maruşiç və Saba Xvadagiani meydana çıxıblar.

Matçı moldovalı baş hakim Dumitri Muntean idarə edir.

Komandalar arasında Tbilisidəki ilk qarşılaşma “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Səfər qolu qaydası ləğv edildiyindən iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Ehtiyac olarsa, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə oluna bilər.

Təqribən 2 illik fasilədən sonra Azərbaycan klubunun avrokubok qarşılaşmasında azarkeşlər iştirak edirlər.

“Neftçi”-“Dinamo” oyununun biletlərinin satışından əldə olunacaq vəsait Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fonduna və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna ianə ediləcək.

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv