“Neftçi” iki futbolçusu ilə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, son 5 ayı icarə əsasında Venesuelanın “Mineros Quayana” klubunda keçirən yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Çexiyanın “Karvina” klubuna məxsus olan və dekabrın 31-i icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə isə uzadılmayacaq.