“Neftçi” “Kəpəz”lə oyuna itki ilə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının XXV turunda “Kəpəz”lə oyuna itki ilə çıxacaq.

Klubdan Yenicag.az-a verilən məlumata görə, “ağ-qaralar”ın futbolçusu Andrey Ştoqrin zədə səbəbindən Gəncə təmsilçisi ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” görüşü saat 17:00-da başlayacaq.