“Neftçi” “Keşlə”ni darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, ikinci oyun günündə son çempion “Neftçi” autsayder “Keşlə”ni qəbul edib. “Bakcell Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. Xalı olmayan “Keşlə” isə sonuncudur.