“Neftçi”nin baş məşqçisi istefa verdi

Elxan Abdullayev “Neftçi” futbol komandasının baş məşqçi vəzifəsindən istefa verib.

Yenicag.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, istefa ərizəsi ilə rəhbərliyə müraciət edən mütəxəssisin ərizəsi qəbul olunub.

E.Abdullayevə fəaliyyətinə görə minnətdarlıq edilib, ona gələcək işlərində uğurlar arzulanıb.

Qeyd edək ki, Elxan Abdullayev 2016-cı il sentyabrın 14-də “Neftçi”nin baş məşqçisi təyin olunub. Bu ilin mayında isə onunla yeni 3 illik sözləşmə imzalanıb. Lakin 47 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv 2017/2018 mövsümünə “Qarabağ”a 1:3, “Səbail”ə isə 0:1 hesablı məğlubiyyətlərlə başlayıb.

Yenicag.az