Reklam: High Technic
hightechnic

"Neftçi" məşqçisini qovdu - Danışılmış oyunlara görə

Reklam: Sinerji Pro

Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin keçirilən iclasında alınan qərara əsasən, “Neftçi”nin məşqçi-metodisti Agakişi Mehdizadə futboldan ömürlük uzaqlaşdırılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirak edib.

“Neftçi” də məsələ ilə əlaqədar “Bobo” ləqəbli Mehdizadəylə bağlı ölçü götürüb.

Klubdan Yenicag.az-a verilən məlumata görə, o, dərhal işindən azad olunub.

Qeyd edək ki, Ağakişi Mehdizadə oyunların idman nəticəsinin manipulyasiyasında iştirakını etiraf edib

www.yenicag.az

1515