21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama matçını keçirib.
Yenicag.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı komanda “Neftçi” ilə qarşılaşıb.
“Neftçi”nin təlim-məşq mərkəzində baş tutan oyunda qapılara dörd qol vurulub. Paytaxt klubunun yeni transferi Keysuke Hondanın qol hesabını açdığı görüşdə yapon futbolçunun komandası inamlı qələbəyə sevinib – 3:1.
Qarşılaşmada hesabı matçın əvvəlindəcə fərqənən Mirabdulla Abbasov açıb. Ardınca penaltini dəqiq yerinə Keysuke Honda hesab arasındakı fərqi artırıb. Yığmamızı son olaraq Sabir Buqrin məyus edib. U-21 fasilə ərəfəsində penaltidən fərqlənən Musa Qurbanlının sayəsində hesab arasındakı fərqi azalda bilib. İkinci hissədə hesab dəyişməyib və yığma komandamız meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.
Qeyd edək ki, U-21 yığmamız bir neçə gün öncə “Qarabağ”la da yoxlama oyunu keçirmiş və 4:2 hesabıyla qalib gəlmişdi.