!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” millinin üzvünü transfer etdi

!Reklam – Yazi

“Neftçi” daha bir transfer reallaşdırıb.

Yenicag.az xəbər verir ki, “ağ-qaralar” Moldavanın “Şerif” klubunun futbolçusu Petru Rakunu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Petru Raku karyerasına Moldovanın “Zimbru” klubunda başlayıb (2005-2007). 2007-ci ildə İsveç “Norrköpinq”inə transfer olunub və 2011-ci ilədək bu kluba məxsus olub. 2008-ci ildə Finlandiyanın MYPA klubuna icarəyə verilib, 2012-ci ildə Danimarkanın “Hyorrinq” klubunda çıxış edib. Bundan sonra vətəninə dönən Raku “Veris” (2013-2014) və “Milsami” (2015-2017) klublarının uğurları üçün çalışıb.

32 yaşlı müdafiəçi 2010-cu ildən çağırıldığı Moldova millisində 38 oyun keçirib və 1 qol vurub.

www.yenicag.az

4779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv