“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” İsrailin “Makkabi” (Hayfa) klubundan ayrılan qanalı hücumçu Qodsvey Donyonun keçidini açıqlayıb.
Qeyd edək ki, 2013 – 2016-cı illərdə İngiltərənin “Mançester Siti” klubunun U-18 və U-21 komandalarında çıxış etmiş 28 yaşlı forvard Danimarkada “Norşellan”, Almaniyada “Dinamo” (Drezden) klublarında da forma geyinib. Afrikalı oyunçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Ağ-qaralar” daha əvvəl İsrailin “Aşdod” klubundan yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb.