“Neftçi” onu göndərdi

“Neftçi” daha bir futbolçusu ilə yolları ayırıb.

Yenicag.az xəbər verir ki, xorvatiyalı müdafiəçi Slavko Braliçlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Neftçi” Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. O, bu mövsüm “ağ-qaralar”ın heyətində 13 oyunda meydana çıxıb.

COP29