Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Yenicag.az-ın məlumatına görə, günün ikinci matçında “Neftçi” “Sumqayıt”ın qonağı olub.
“Kapital Bank Arena”dakı qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Ağ-qaralar”ın heyətində 74-cü dəqiqədə Dieqo Valdez fərqlənib.
Bu nəticədən sonra xalllarının sayını 8-ə çatdıran “Neftçi” üçüncü pilləyə yüksəlib. 7 xala malik “Sumqayıt” dördüncü sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə “Qəbələ” “Zirə”ni məğlub edib – 1:0.
Turun ilk oyununda “Turan Tovuz” səfərdə “Sabah”ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.