“Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Yenicag.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifatda Türkiyənin “Qalatasaray” klubunu mübarizədən kənarlaşdırsa, “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Split, Xorvatiya) cütünün qalibi qalibi ilə üz-üzə gələcək.
Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 24 sentyabrda gerçəkləşəcək. Sentyabrın 17-də “Bakcell Arena”da oynanılacaq “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.