“Neftçi” – “Qalatasaray” oyununun başlama saatı AÇIQLANDI

“Neftçi”nin UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Türkiyə “Qalatasaray”ı ilə oyununun başlama saatı müəyyənləşib.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, görüş sentyabrın 17-də olacaq.