“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının XXIII turunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Klubdan Yenicagşaz-a verilən məlumata görə, “Neftçi Arena”da baş tutacaq oyuna biletlərin qiyməti 3, 5, 10, 20, 30 və 100 manat təşkil edir.

Bletləri keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 manat) oyun günü, saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı fevralın 16-da, saat 19:00-da start götürəcək.