“Neftçi” “Qarabağ”la oyun üçün bilet qiymətlərini açıqladı – FOTO

“Neftçi” klubu futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ”la ev oyunu üçün biletləri satışa çıxarır.

Yenicag.az “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir ki, qiyməti VİP yerlərə 5 manat, qalan bütün sektorlara 1 manat təşkil edən biletləri bu gün saat 15:00-dan etibarən “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, noyabrın 1-də “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq. “Neftçi” klubu ötən mövsümün son dövrəsində “Qarabağ”la ev oyunu üçün biletləri 50 manata satışa çıxarmışdı.