Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Yenicag.az xəbər verir ki, günün ilk matçında “Keşlə” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.
“Qəbələ” doğma azarkeşləri önündə “Neftçi” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda qonaqlar qələbəni bayram edən tərəf olublar
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
12 aprel
“Keşlə” – “Sumqayıt” 1:0
Qol: Sezar Meza Kolli, 90+2.
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev.
Bakı. “İnter Arena”.
“Qəbələ” – “Neftçi” 1:2
Qol: Stiven Monroz, 90+1 – Lukas Qomes, 29. Namiq Ələsgərov, 45.
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov.
Qəbələ şəhər stadionu.