“Neftçi” “Qəbələ”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Neftçi” “Bakcell Arena”da “Qəbələ”ni qəbul edib.

Oyun “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları Kenni Sayef (24) və Rəhman Hacıyev (76) vurublar.