Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Neftçi rəqibini darmadağın etdi

Reklam: High Technic

Bakının “Neftçi” klubu Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın ən titullu klubu I təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

Ötən həftə səfərdə baş tutan görüşdə rəqibini 3:0 hesabı ilə darmadağın edən Roberto Bordinin yetirmələri Bakıda da rəqibinə “divan tutub”. “Ağ-qaralar” “Bakcell Arena”dakı qarşılaşmanın taleyini ilk yarıda həll edib.

Fasiləyədək Vangelis Platellas iki, Emin Mahmudovla Dario Frederiko hərəyə bir qol vurublar. İkinci hissədə Stiven Monroz və İsmayıl Zülfüqarlı fərqi altı topa çatdırıb.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 25-də Tula şəhərində, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək./APA/

www.yenicag.az

362
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM