Misli Premyer Liqasının XIX turunda baş tutan “Neftçi” – “Sabah” görüşündə qalib müəyyənləşməyib.
Yenicag.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən XIX turun son görüşü heç-heçə yekunlaşıb – 1:1.
78-ci dəqiqədə “Neftçi”nin müdafiəçisi Azər Salahlı avtoqol müəllifi olub. Cəmi 1 dəqiqə sonra isə Andrey Ştoqrin komandasının bərabərlik qolunu vurub.
Bu nəticədən sonra Samir Abasovun baş məşqçisi olduğu kollektiv xallarının sayını 18-ə çatdırıb və turnir cədvəlində yeddinci yerə yüksəlib. “Sabah” isə 27 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində “Qarabağ” “Şamaxı”nı 3:2, “Zirə” “Araz-Naxçıvan”ı 1:0, “Səbail” “Sumqayıt”ı 2:0, “Kəpəz” isə “Turan Tovuz”u 5:2 hesabı ilə məğlub edib.