“Neftçi” Samir Abasovu göndərdi

“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda klubun baş məşqçisi Samir Abasov istefaya göndərilib.

Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək namizədlər müəyyənləşəcək.

B komandasına Rəşad Abdullayev rəhbərlik edəcək.