!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi" "Səbail" oyununun nəticəsi AÇIQLANDI

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

Yenicag.az xəbər verir ki, günün yeganə matçında “Neftçi” “Səbail”i qəbul edib.

Qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 27, 51 və 77-ci (hər ikisi penalti) dəqiqələrdə kapitan Emin Mahmudov vurub. “Dənizçilər”də Rafael Məhərrəmli 63-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. “Səbail” 10 xalla yeddinci sıradadır.

Qeyd edək ki, XV turun “Şamaxı” – “Kəpəz” və “Qarabağ” – “Zirə” oyunları noyabrın 28-də, “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Qəbələ” görüşləri isə noyabrın 29-da olacaq.

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv