“Neftçi” – “Sumqayıt” matçında İNSİDENT

Azərbaycan Premyer Liqasında XV turun “Neftçi” – “Sumqayıt” matçı zamanı insident baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, oyunun sonlarında qonaq komandanın 3 azarkeşi fişəng yandırdıqları üçün tribunadan çölə çıxarılıb. Onlar post-patrul maşınına mindirilərək, 24-cü polis bölməsinə aparılıblar.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.