“Neftçi” türkiyəli futbolçu ilə yollarını ayırdı

“Neftçi” mövsümlərarası fasilədə daha bir futbolçu ilə vidalaşıb.

Klubdan Yenicag.az-a verilən məlumata görə, türkiyəli müdafiəçi Mert Çeliklə yollar ayrılıb.

“Ağ-qaralar” Türkiyənin “Başakşehir” komandasından icarəyə götürdüyü 23 yaşlı oyunçu ilə sözləşməni uzatmayıb.

Mert Çelik 2020-ci ilin sentyabrından bu yana “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.

Qeyd edək ki, “Neftçi” daha əvvəl Sezar Meza Kolli və Vato Arveladze ilə əməkdaşlığa son qoyub.