!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” yenə uduzdu, “İnter”dən heç-heçə

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçında “İnter”lə “Sumqayıt” üz-üzə gəlib. 4 turdan sonra hər iki komandanın aktivində 6 xal vardı. Komandalar bu oyunda hərəyə 1 qol vurublar və meydanı 1 xalla tərk etməli olublar.

Günün digər oyununda isə “Neftçi” öz meydanında “Zirə”ni qəbul edib. Qonaqlar lider olduqları halda, “ağ-qaralar” cari mövsümdə qələbə üzünə həsrət idilər. Bu görüş həm də Tərlan Əhmədovun “Neftçi”nin baş məşqçisi kimi debüt matçı idi. Amma komandası onun debütünü korlayıb. Belə ki, üç qolun vurulduğu oyunda “ağ-qaralar” yenə meydanı məğlub tərk ediblər.

Azərbaycan Premyer Liqası
5-ci tur
16 sentyabr

“İnter” – “Sumqayıt” 1:1
Qol: S.Taşkın, 11 – R.Eyyubov, 49.
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev.
Baş məşqçi: Zaur Svanadze.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.

“Neftçi” – “Zirə” 1:2
Qol: U.Barqas, 53 – V.İsgəndərli, 17. R.Qadze, 52.
Qırmızı vərəqə: M.Abbasov, 86.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 9. Uqo Barqas, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 12. Daniel Seqoviya.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 17. Rəhman Hacıyev, 16. Pavel Dreksa, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Zirə”: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 14. Qabriel Matey, 17.Vüsal İsgəndərli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 98. Elçin Əliyev, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.

Turun digər oyunları sabah keçiriləcək: 18:30. “Qarabağ”- “Kəpəz”, 21:00. “Səbail” – “Qəbələ”.

www.yenicag.az

1698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv