“Neftçi” yenə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün yeganə matçı Sumqayıtda baş tutub. Burada şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Amil Yunanovun ilk yarıda penaltidən vurduğu qol sumqayıtlılara minimal hesablı qələbə qazandırıb.

İlk oyun günündə “İnter” “Kəpəz” 3:2 hesabıyla qalib gəlmiş, “Qəbələ” – “Zirə” matçında 1:1 hesabı qeydə alınmışdı.

Qeyd edək ki, 4-cü turda keçirilməli olan “Səbail” – “Qarabağ” oyunu Ağdam klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi”yə qarşı səfər matçı ilə əlaqədar təxirə salınıb.

Azərbaycan Premyer Liqası
4-cü tur
10 sentyabr

“Sumqayıt” – “Neftçi” 1:0
Qol: A.Yunanov, 25-pen.
Hakimlər: Rəhim həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Pavel Dreksa, 7. Namiq Ələsgərov, 10. Derlis Meza Kolli, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 3. Mateo Mujek, 9. Uqo Barqas, 11. İqnasio Herrera, 23. Tərzin Cahangirov, 12. Daniel Seqoviya, 26. Ömər Buludov, 40. Kənan Mirzəliyev, 64. Orxan Sabirbəyli.
Baş məşqçi: Elşad Əhmədov.