“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Yenicag.az xəbər verir ki, qvineyalı Mamadu Kane ilə 3 illik müqavilə bağlanılıb. Oktyabrın 15-dən “Neftçi”də baxışda olan 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. O, yeni komandasında 36 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bundan əvvəl Qvineyanın “Kalum Star” klubunun üzvü olmuş Mamadu bu ölkənin 20 yaşadək futbolçulardan ibarət milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.