“Neftçi” “Zirə” ilə bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda daha bir qarşılaşma keçirilib.

Yenicag.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. “Bakcell Arena”dakı qarşılaşma2:2 hesabı ilə yekunlaşıb.

Premyer Liqada birinci pillədə qərarlaşan “Neftçi” bu nəticədən sonra xallarının sayını 26-a çatdırıb. “Zirə” isə 6 xalla 7-8-ci yerləri bölüşdürür.