Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Neftçi”də daha bir şok: Yeni transfer komandadan ayrıldı

Reklam: Sinerji Pro

“Neftçi” bu qış fasiləsi dönəmində heyətinə qatdığı yeni futbolçulardan biri ilə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, “ağ-qaralar”ın ötən ilin son günlərində “Qəbələ”dən transfer etdiyi Aqil Məmmədov gözlənilməz qərar verib. O, hələ Bakıdakı toplanışdan etibarən heyətində hazırlıq keçdiyi “Neftçi”də qalmaq istəməyib. Halbuki, tərəflər altı aylıq müqaviləyə imza atmışdılar və anlaşmanın müddəti mövsümün sonunda daha bir il artırıla bilərdi. Ancaq Aqil hazırda Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”də heç bir rəsmi oyun keçirmədən ayrılmağa qərar verib. Hələ ki, bu ayrılığın baş verməsinin hansı səbəblərdən qaynaqlandığı bəlli deyil.

Qeyd edək ki, Aqilin yenidən “Qəbələ”yə dönməsi gözlənilir.

www.yenicag.az

1754
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM