!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi”də yeni təyinat

!Reklam – Yazi

“Neftçi” PFK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, klub rəhbərliyinin qərarıyla bu posta Allahverdiyev Rüstəm gətirilib və mayın 15-dən işinin icrasına başlayacaq.

1987-ci il təvəllüdlü Allahverdiyev Rüstəm Əbülfət oğlu, Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub.

Xatırladaq ki, son aylarda “Neftçi”də sözügedən vəzifədə çalışan Anar Şabanoğlu ötən gün öz istəyi ilə postundan ayrılıb.

www.yenicag.az

1913
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv