“Neftçi” PFK daha bir transferini həyata keçirib.
Yenicag.az xəbər verir ki, xorvatiyalı futbolçu Slavko Braliçlə 1 il müddətinə müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi “ağ-qaralar”da 28 nömrəli formasını geyinəcək.
Sonuncu klubu “Şiroki Brieq” (Bosniya və Herseqovina) olan Slavko Braliç Xorvatiyanın “Omladinas Vranyiç”, “Solin” və “Osiyek” komandalarında çıxış edib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirmişdi.